“İstəməzdim ki, kiminsə xalı silindi deyə, “Qarabağ” ikinci pilləyə qalxsın”

istemezdim-ki-kiminse-xali-silindi-deye-qarabag-ikinci-pilleye-qalxsin
Oxunma sayı: 653

Ağdam təmsilçisi 3-cü pillədən 2-ci sıraya yüksəlib. Lakin komandanın baş məşqçisi Qurban Qurbanov buna sevinmədiklərini bildirib. 40 yaşlı mütəxəssis bu barədə “Qafqazinfo”ya açıqlama verib: “Çoxları düşünəcək ki, rəqibimizin xalı silindiyi üçün sevinirik. Ancaq bu doğru deyil. İstəməzdim ki, kiminsə xalı silindi deyə, “Qarabağ” ikinci pilləyə qalxsın. Biz hər şeyi öz gücümüzə əldə etmək istəyirik. Zənnimcə, bundan sonra Lənkəran klubunda bir tərəfdən həvəssizlik olacaqsa, digər tərəfdən daha istəkli, daha əzmli oynayacaqlar”.

Ağdam klubunun çalışdırıcısı “ağ-yaşıllar”a görə təəssüfləndiyini qeyd edib: “FİFA-nın qərarının haqlı olub-olmadığını deyə bilmərəm. Bu işlə onlar məşğul olur və AFFA onların verdiyi cəzanı tətbiq etməyə məcburdur. Lakin “Xəzər Lənkəran”a görə təəssüflənirəm. Həm məşqçi heyəti, həm futbolçular, həm də rəhbərlik çox əziyyət çəkib. İndi bu əziyyət heçə enir. “Xəzər Lənkəran” çempionatımıza rəng qatan komandalardan biridir. Lənkəranda dolu tribunalar qarşısında oynanılan futbol həmişə mənə zövq verir. Belə vəziyyətlə üzləşmələri arzuolunmazdır”.

Ceyhun Əhmədov