İsti nəfəsimizi kəsəcək – Nazirlikdən xəbərdarlıq

isti-nefesimizi-kesecek-nazirlikden-xeberdarliq
Oxunma sayı: 681

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib. Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, tropik hava kütlələrinin davamlı olaraq ölkə ərazisinə daxil olması nəticəsində yaxın 3 gün ərzində Abşeron yarımadasında kəskin isti hava şəraiti gözlənilir ki, bu da zəif küləklərin üstünlüyü fonunda xüsusilə günorta saatlarında əksər əhali və meteohəssas insanlar üçün əlverişsizdir.

Qeyd edək ki, kəskin isti hava şəraiti hələ avqustun 3-dək davam edəcək. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 38-40 dərəcəyə, yarımadanın bəzi yerlərində 42 dərəcəyədək yüksələcək. Aran rayonlarında və Naxçıvan MR-da 38-42 dərəcə, bəzi yerlərdə 44 dərəcə, dağlıq rayonlarda 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir.


Xatırladaq ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli keçəcək. Cənub-şərq küləyi əsəcək. havanın temperaturu gecə 24-27 dərəcə, gündüz 37-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 43 dərəcə, dağlarda gecə 18-23 dərəcə, gündüz 31-36 dərəcə isti təşkil edəcək.

Nigar Məmmədli