İsti olacaq

isti-olacaq
Oxunma sayı: 640

Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov cümə axşamı jurnalistlərə deyib.

"Son illərdə rayonların, kəndlərin qazlaşdırılmasına cox ciddi diqqət yetirilir. Bunun da nəticəsində təhsil müəssisələrinin istiliklə təminatı yaxşılaşır", - nazir əlavə edib.

O qeyd edib ki, artıq təhsil müəssisələrində payız, qış mövsümü ilə bağlı yarana biləcək problemlərin sayı azalır. Bununla bağlı müvafiq qurumlar tərəfindən də işlər aparılır.

Mərdanov deyib ki, artıq ölkədə peşə təhsilinin inkişafı ilə bağlı Dövlət Proqramı yekunlaşır. Yaxın vaxtlarda proqramın icrası ilə bağlı ictimiayyətə geniş məlumatın veriləcəyi gözlənilir.