İstidən bişəcəyik

istiden-biseceyik
Oxunma sayı: 680

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 32-37 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 35-39 dərəcə isti, bəzi yerlərdə 41 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 26-31 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gündə hava şəraitinin yağmursuz keçəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.