İstiqlaliyyət müsabiqəsi elan olundu

istiqlaliyyet-musabiqesi-elan-olundu
Oxunma sayı: 664

Müsabiqənin şərtləri:

1. Yazılar Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Haqqında Konsitutsiya Aktının qəbulu dövürünü əhatə etməlidir;
2. Hər jurnalist müsabiqəqyə yalnız bir yazı təqdim etməlidir.
3. Yazı həftədə ən azı bir dəfə dərc olunan mətbu orqanda və ya populiyar informasiya saytında çap edilməlidir.
4. Yazıda "Dövlət müstəqilliyinin 20-ci ildönümü ilə bağlı istiqlalçı deputatların keçirdiyi müsabiqəyə təqdim edilir" qeydi göstərilməlidir.

Yazılar dərc edilmiş qəzetin bir nüsxəsi( informasiya saytında çap olunubsa linki) ilə bərabər elektron variantda Vətəndaş Həmrəyli Partiyasının (X.Rüstəmov-1210, "Xətai" metro stansiyası, "Azəri-Türk Bank"ın yaxınlığı) mətbuat xidmətinə şəxsən təqdim edilir.

Qaliblərə diplom və pul mükafatı veriləcək:
Ən yaxşılar üçün 3 yer nəzərdə tutulur.

1. I yer – 500 manat
2. II yer – 300 manat
3. III yer – 200 manat

Müsabiqə 15 avqust 2011-ci ildən 01oktyabr 2011-ci ilə qədər davam edəcək. Yazı istiqlalçı deputatlar tərəfindən müəyyənd edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək.
Qaliblərin adları istiqlalçı deputatların Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci illdönümünə həsr olunan yekun tədbirdə açılacaq.

Əlavə məlumat almaq üçün (012) 496-86-57 (58) və (050), (055) 374-94-92 nömrəli telefonlarla əlaqə saxlaya bilərsiniz.