İsveç kilsəsində Xocalı soyqırımının anım mərasimi keçirilib

isvec-kilsesinde-xocali-soyqiriminin-anim-merasimi-kecirilib
Oxunma sayı: 641

Bu barədə “Qafqazinfo”ya "Qarabağ-Azərbaycan" dərnəyinin sədri Ceyhun Əfşar məlumat verib.

“Xocalı soyqırımının necə baş verməsi, insanların vəhşicəsinə soyqırım edilməsi, erməni və rus birləşmələrinin uşaq, qadın və qocaların necə amansızcasına öldürməsi toplantı iştirakçılarının diqqətinə çatdırılıb.
Xocalı soyqırımını əks etdirən fotoların sərgilənməsi toplantı iştirakçılarının böyük marağına səbəb olub. Hadisələrlə bağlı isveçlilər bir sıra suallar ünvanlayıblar, onların sualları yüksək səviyyədə cavablandırılıb.
Daha sonra isə ümumi şəkildə Azərbaycanın tarixi, mədəniyyəti haqqında bilgi verilib. Onu da əlavə edib ki, tədbiri yerli isvec vətəndaşı aparıb”,-deyə Ceyhun Əfşar bildirib.


Elnur Eltürk