İsveçdə 35 min Məhəmməd və Əli yaşayır

isvecde-35-min-mehemmed-ve-eli-yasayir
Oxunma sayı: 662

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, son illərdə İsveçdə müsəlmanların sayının artması ilə yanaşı, onların adları da ən çox üstünlük verilən adlar siyahısına daxil olub. Belə ki, artıq Məhəmməd və Əli adları ölkədə ən çox istifadə edilən ilk 100 ad arasında qərarlaşıb.

İsveç Statistika Komitəsinin hesabatına görə, ölkədə 35 min 433 nəfərə Məhəmməd adını daşıyır. Həmçinin, Məhəmməd adını soyadı kimi istifadə edənlərin sayı isə 3363 nəfər təşkil edir.

2011-ci ildə dünyaya gələn uşaqlara verilən adların reytinqinə görə, Məhəmməd adı siyahıda 66-cı, Əli adı isə 95-ci pillədə qərarlaşıb.