İsveçdə “Eurovision” böhranı

isvecde-eurovision-bohrani-
Oxunma sayı: 642

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, Stokholmda “Eurovision” musiqi yarışmasının keçiriləcəyi tarixlərdə Dünya Buzüstü Hokkey çempionatı keçiriləcək. Paytaxtda müsabiqə keçirmək üçün bir böyük salon olduğu qeyd edilir. İsveç mətbuatı yazır ki, yeni binanın tikintisinin müsabiqə tarixinədək başa çatması vaxt ala bilər.

Bu səbəbdən “Eurovision”nun Höteburq, ya da Malmö şəhərlərində keçirilməsi məsələsi müzakirə mövzusu olub.

Qeyd edək ki, İsveç bundan əvvəl “Eurovision” müsabiqəsində 4 dəfə qalib olub.