Bitcoinin qiyməti 55 min dollar olacaq - Proqnoz

Bitcoinin qiyməti 55 min dollar olacaq
Oxunma sayı: 17

“Wall-Street” analitiki Tom Li hesab edir ki, 2022-ci ilə kimi qiyməti 55 000 dollara çatana kimi bitcoinin qiyməti qalxmağa davam edəcək.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, o, öz proqnozunu qeyri-stabilliyə əsasən irəli sürüb.

Li deyir ki, bazarın düşdüyü və qeyri-sabit olduğu bir vaxtda etibarlı və möhkəm əmanət növü olmağa başlayır. Bunu əsasən hökumətin, valyutanı ciddi şəkildə idarə edən ölkələrdə (Çin, Yaponiya) görmək olar.

Bu il bitcoinin qiyməti qızılı keçib. Bitcoinin kəskin şəkildə qalxması onu digər kriptovalyutalardan fərqləndirir. Məsələn, 2010-cu ildə 10 000 bitcoinə 2 ədəd pizza almaq mümkün idisə, indi bu 25 milyon dollardır. Bitcoinin qiymətinin qalxmasının digər bir səbəbi isə onun az olmasıdır.

Hesablamalara əsasən bütün dünya üzrə bitcoinin miqdarı 21 milyondur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi