Bitkoin bir günə kəskin ucuzlaşdı

bitkoin-bir-gune-keskin-ucuzlasdi
Oxunma sayı: 2023

Dünyanın ən məşhur kriptolvalyutası bitkoinin kursu sutkada 18 faiz – 13030 dollara qədər ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, hələ ötən bazar bitkoinin kursu 20 min dollara çatmışdı. Rekord göstərici ilə müqayisə edilərsə bitkoinin kursu beş günə 30 faiz ucuzlaşmış olub. 

Ekspertlər hesab edirlər ki, bitkoinin kursuna valyutanın gələcəyi ilə bağlı neqativ proqnozlar təsir edir. Belə ki, bitcoin.com şirkətinin həmtəsisçisi Emil Oldenburq bəyan etmişdi ki, bitkoinin ticarət valyutası kimi perspektivi yoxdur. Bitkoini leqallaşdıran azsaylı ölkələrdən olan Yaponiyanın maliyyə naziri isə onu etibarlı səhm hesab etmədiyini açıqlamışdı.