Bitkoin bir neçə saatda 18 min dollara yüksəldi - Tarixi rekord

bitkoin-bir-nece-saatda-18-min-dollara-yukseldi
Oxunma sayı: 1466

Ötən gün 15 min dollar olan bitkoinin kursu bir sutkada 10 min dollara qədər artıb.

“Qafqazinfo” xəbər verir ki, bununla da bitkoin kriptovalyutasının dəyəri ticarət tarixində ilk dəfə olaraq 18 min dolları keçib. 

Xatırladaq ki, daha əvvəl hakerlər kriptovalyuta birjası olan NiceHash-a daxil olaraq 60 milyon dollar dəyərində bitkoinlər ələ keçirmişdilər. 

Qeyd edək ki, bitkoin rəqəmsal kriptovalyuta və eyniadlı elektron ödəniş şəbəkəsidir. O, 2008 ci ildə Satoshi Nakamoto tərəfindən icad edilib və hər hansı bir mərkəz banka, rəsmi quruluş və s. ilə bağlantılı olmadan ancaq ölkələrin pul vahidi ilə alınıb satıla bilən, hər hansı bir üçüncü qurum və ya şəxsə aid olmadan transfer edilə bilən rəqəmsal pul vahididir. Dünya bazarlarında dollar və euroya alternativ hesab edilir.