Bitkoin daha bir ölkədə qadağan edildi

bitkoin-daha-bir-olkede-qadagan-edildi
Oxunma sayı: 2165

Kriptovalyutalara qadağa qoyan ölkələrin sırasına İndoneziya da qatılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziya Mərkəzi Bankı elektron pulların transferlərinin ləğv ediləcəyini açıqlayıb.

Qərarın səbəbi barədə açıqlama verilməyib.

Bir çox ölkənin kriptovalyutalarla əməliyyatları çoxaltdığı bir dövrdə bu qərarın verilməsi birmənalı qarşılanmayıb.

Qeyd edək ki, sonuncu dəfə Çin və Rusiya eyni addımı atmışdı.