Bitkoindən növbəti rekord

bitkoinden-novbeti-rekord
Oxunma sayı: 1261

Bitkoinin qiyməti yüksələrək  13 min  dollara çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda bitkoinin qiyməti Bitfinex birjasında 11,561-13,033 dollar arasında dəyişir.

Ötən həftədən başlayaraq bitkoin aktiv şəkildə yüksəlməyə başlayıb. Noyabrın 27-də qiymət 9 min dollara qədər artmışdı.

Qeyd edək ki, bu ilin əvvəlindən bütün kriptovalyutaların bazar kapitalizasiyası 17.7 milyard dollardan 228.14 milyard dollara yüksəlib. İlin əvvəlindən başlayaraq bitkoinin isə qiyməti 800 % artıb.