“Bitkoin”in qiyməti yenidən yüksəlir

bitkoinin-qiymeti-yeniden-yukselir
Oxunma sayı: 1181

Dünyanın ən populyar kriptovalyutası olan “Bitkoin”in bahalaşması davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CoinMarketCap”  portalı məlumat yayıb.

Məlumata əsasən, “Bitkoin”in qiyməti 4,42% bahalaşaraq 9,253 min dollar təşkil edib.

Həmçinin digər kriptovalyutaların qiymətində də artım davam edir. Belə ki, “Ethereum” 7,54% və ya 680,52 dollaradək, “Ripple” 5,92% (0,92 dollara qədər), “Bitcoin Cash” isə 16,29% (1547,12 dollaradək) bahalaşıb.