Bitkoinin yaradıcısı dünyanın ən varlıları arasında

Bitkoinin yaradıcısı dünyanın ən varlıları arasında
Oxunma sayı: 1950

Dünən bitkoinin qiymətinin rekord olaraq 20 min dolları keçməsindən sonra onun mifik yaradıcısı Satoşi Nakamotonun sərvəti 19,5 milyard dollara çatıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, Satoşi Nakamotonun əslində kim olması barəsində hələ ki, bir məlumat yoxdur.

Belə ki, o, ya bir nəfər, ya da bir neçə nəfər ola bilər. Həmin bir və ya bir neçə şəxs bitkoin və blokçeyn texnologiyasını yaratmış proqramçılardır.

Dəqiq bilinən budur ki, belə ad və soyada sahib insan heç zaman var olmayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi