İvanişvili bu gün Saakaşvili ilə görüşəcək

ivanisvili-bu-gun-saakasvili-ile-gorusecek
Oxunma sayı: 635

ANS PRESS-in Gürcüstan KİV-inə istinadən verdiyi məlumata görə, siyasətçilər Gürcüstanda seçkilərdən sonrakı vəziyyəti, hökumətin tərkibinin təsdiqlənəcəyi yeni parlamentin ilk iclasında hazırlıq məsələlərini müzakirə edəcəklər.

Bidzina İvanişvili ötən gün nazir vəzifələrinə namizədlərin siyahısını təqdim edib. Seçki kampaniyasındakı qarşılıqlı tənqidlərə baxmayaraq, Bidzina İvanişvili Mixail Saakaşvili ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. Amma, o, şərt qoyub ki, Gürcüstan prezidenti konstruktiv mövqe tutmalıdır.

Qeyd edək ki, “Gürcü arzusu” yeni parlamentdə 83, hakim Vahid Milli Hərəkat isə 67 yer qazanıb.