İvanişvili ölkəni tərk edən nazirləri interpola verir

ivanisvili-olkeni-terk-eden-nazirleri-interpola-verir
Oxunma sayı: 655

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, İvanişvilinin müttəfiqləri Saakaşvili komandasının dövlət sirlərini dost olmayan ölkələrə verə biləcəklərindən qorxurlar. Bu qərara parlament tərəfindən təsdiqləndikdən dərhal sonra yeni Nazirlər Kabinetində baxılacaq.

Müdafiə naziri postuna namizəd İrakli Alasaniya bildirib ki, nazirlikdə araşdırmalar aparılacaq. Səbəb isə silahlı qüvvələr üçün əsgəri təchizatlar və silahların alınması üçün tenderlərin necə keçirilməsini müəyyənləşdirməkdən ibarətdir. Belə ki, yeni müdafiə nazirinin son səkkiz ildə məqsədsiz şəkildə milyardların xərclənməsi ilə bağlı şübhələri var.

Qeyd edək ki, keçmiş hökumətin müdafiə naziri olan Dmitri Şaşkin də ölkəni tərk edib və hazırda ABŞ-dadır. Onun ezamiyyətdə olduğu və oktyabrın 6-da qayıdacağı deyilsə də ondan hələ də xəbər yoxdur.

Bundan başqa, Saakaşvilinin ən yaxın tərəfdaşlarından olan və Avstriyaya ezamiyyətə yollanan ədliyyə naziri Zurab Adeişvili barəsində də heç bir məlumat yoxdur. Sonuncu dəfə onu ailəsi ilə birgə Almaniyanın Frankfurt şəhərində göründüyü deyilir.