İvanişvili Rövnəq Abdullayevin fəaliyyətini yoxlayır

ivanisvili-rovneq-abdullayevin-fealiyyetini-yoxlayir
Oxunma sayı: 642

Gürcüstan parlamentindəki azlığın-yəni prezident Mixail Saakaşvilinin Milli Birlik Partiyasından olan deputatların fraksiya toplantısında çıxış edən İvanişvili deyib ki, tariflər hökmən aşağı salınacaq.

Lakin o, konkret rəqəmlər açıqlamayıb. Baş nazir deyib ki, onun komandası artıq tarif siyasətinə yenidən baxmaq üzərində işləyir. “Hakimiyyətə gələndən dərhal sonra biz tarif siyasətinə yenidən baxmağı qərara aldıq. Artıq bilirik ki, Gürcüstan Azərbaycandan nə qədər havayı qaz alır, kommersiya qiymətləri ilə hansı miqdarda qaz alınır. Əvvəlki hakimiyyətə bağlı şirkətlər tarifləri süni şəkildə artırıb, biz məsələni araşdırırıq və nəticələr barədə ictimaiyyətə məlumat verəcəyik” deyə o bildirib. Baş nazir əlavə edib ki, elektrik enerjisi və qaz paylayıcı şəbəkələrdə islahatlar aparılacaq, bu sahənin idarəetməsi optimallaşdırılacaq və Gürcüstandakı tariflər Avropa ölkələrindəki kimi yüksək olmayacaq.

Bundan əvvəl İvanişvili ölkədə benzinin də qiymətlərinin süni şəkildə artırıldığını, qiymətlərin aşağı salınacağını bəyan edib. Gürcüstanda neft məhsullarının topdan və parakəndə satışına, habelə qaz təminatına ARDNŞ nəzarət edir. Burada ARDNŞ “SOCAR Energy Georgia” şirkəti ilə təmsil olunur. Şirkət bu vaxta qədər Gürcüstanda 100-dən çox yanacaqdoldurma məntəqəsi istifadəyə verib. İlin sonuna qədər məntəqələrin sayı 100-ə çatacaq. SOCAR hər il Gürcüstana 2 milyon tona yaxın neft və neft məhsulları daşıyır. Dizel və təyyarə yanacağının illik həcmi isə təxminən 200 milyon tondur. “SOCAR Georgia Petrolium” şirkətinin rəhbəri Eduard Şevardnadzenin dövründə enerji naziri olmuş David Zubitaşvilidir. Onun Azərbaycan hakimiyyəti ilə sıx bağlılığı olub. Azərbaycanın aşağı keyfiyyətə malik “Requlyar” markalı benzininin bir litri təxminən 1.5 dollara satılır, qiymətin yuxarı olması barədə dəfələrlə ictimai müzakirələr olub. Müxalifət bildirirdi ki, ölkədə neft məhsullarının satışında Saakaşviliyə yaxın şirkət ARDNŞ-lə ortaqdır.