İvanişvilinin ittihamına cavab verildi

ivanisvilinin-ittihamina-cavab-verildi
Oxunma sayı: 642

Gürcüstan mətbuatının məlumatına görə, Gürcüstan parlamentində çıxışı zamanı İvanişvili deyib ki, onun komandası tarif siyasətinə yenidən baxmaq üzərində işləyir. “Artıq bilirik ki, Gürcüstan Azərbaycandan nə qədər havayı qaz alır. Kommersiya qiymətləri ilə hansı miqdarda qaz aldığı da məlumdur. Əvvəlki hakimiyyətə bağlı şirkətlər tarifləri süni şəkildə artırıb, biz məsələni araşdırırıq və nəticələr barədə ictimaiyyətə məlumat verəcəyik”, -deyə o bildirib.

Dövlət Neft Şirkətindən ANS-ə verilən məlumata görə, Gürcüstan Azərbaycanın strateji və əsas iqtisadi tərəfdaşlarından biri olaraq qalır: “SOCAR bu ölkədə fəaliyyətini təmamilə şəffaf və dürüst şəkildə quran və investisiya qoyan ən iri şirkətlərdən biridir. Tariflərin süni şəkildə artırılmasına gəldikdə isə bu iddialar tamamilə əsassızdır. Tariflər Gürcüstanın vergi dərəcələrinə uyğun qurulur. Hazırda isə Gürcüstanda enerji daşıyıcılarına tətbiq olunan vergilər kifayət qədər yüksəkdir. Yeni hökumət tarifləri aşağı salmaq istəyirsə, buyurub vergiləri aşağı sala bilər”.