Biz 59, Ermənistan 38, Gürcüstan 19...

biz-59-ermenistan-38-gurcustan-19-
Oxunma sayı: 647

Qonşu ölkələr arasında ən yüksək göstərici 21-ci yerdə qərarlaşan, Gürcüstana aiddir. Türkiyə iqtisadi azadlıq göstəricilərinə görə 69, Rusiya 139, İran 168-ci yerdədir.
MDB ölkələri arasında liderlik isə Ermənistana məxsusdur. Bu ölkə 69,4 balla 38-ci yerdədir. Region üzrə ölkələrin ardıcıllığında Qazaxıstan 68, Qırğızıstan 89, Tacikistan 131-ci pillədədir.

Ən azad iqtisadi göstəriciləri olan ölkə isə artıq 19-cü dəfədir ki, HonKonq olaraq göstərilir. İkinci yerdə Sinqapur, üçüncü pillədə isə Avstraliyadır.

Hesabatada bildirilir ki, Azərbaycanda iqtisadi artımın ən yüksək tempi əsasən energetika sektorunun inkişafı hesabına əldə edilir. Bəzi irəliləyişlərə baxmayaraq, mülkiyyət hüquqları zəifdir və korrupsiyanın səviyyəsi əhəmiyyətli dərəcədə qalmağa davam edir.