“Biz bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyirik”

biz-belaya-cevrilmis-terrorizmi-qetiyyetle-pisleyirik-
Oxunma sayı: 645



“Hörmətli cənab Prezident, Əziz qardaşım,

Ölkənizin cənub-şərqində törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı.

Biz bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, ona qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu amansız hadisə terrorizmə qarşı hamılıqla mübarizənin zəruriliyini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türk xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin".