“Biz buna imkan verməyəcəyik”

biz-buna-imkan-vermeyeceyik-
Oxunma sayı: 656

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə idarənin Qazılar Şurasının bu gün keçirilən iclasında deyib.

QMİ sədri bildirib ki, bir vaxtlar dindarlar 17-20 məsciddə yerləşib, əzadarlıq edə bilirdilər: “Bu gün isə ölkədə 2 minə yaxın məscid var. Bu azlıq edirmi? Azərbaycanın öz qanunları var və biz də bu qanunlar çərçivəsində tədbirləri keçirməliyik. Elə edilməlidir ki, İslama zərər gəlməsin. Hansısa məclisdə kimsə sünnilərin əleyhinə, müsəlmançılığı parçalayan fikirlər səsləndirəcəksə, o cəzalanacaq. Bəziləri dini ayrı-seçkilik etməyə çalışır. Biz buna imkan verməyəcəyik. Bizim kimin nə iş görməsindən xəbərimiz olacaq”.

QMİ sədri qeyd edib ki, sədri olduğu qurumun tövsiyəsi ilə verilən mouzələr bəziləri tərəfindən başqa şəkildə yozulur: “Bu düzgün deyil. Çünki Qafqaz Müsəlmanları İdarəsi heç bir Axunda mouzələrin mətnini tam şəkildə vermir. Sadəcə, mouzələrdə diqqətə çatdırılacaq vacib məqamlar göstərilir”.