“Biz bütün Türk dünyasını özümüzün vətəni hesab edirik”

biz-butun-turk-dunyasini-ozumuzun-veteni-hesab-edirik
Oxunma sayı: 698

“Qafqazinfo”nun məlumatına görə, cəmiyyətin sədri Zəlimxan Məmmədli keçən 1 ay ərzində cəmiyyətin fəaliyyətini, Borçalı Cəmiyyətinin İH-qərarını açıqladı. Borçalı Cəmiyyətinin İH qərarı ilə Zahid Xəlilovun 100 illik yubileyinə hazırlıqla bağlı, Türkiyənin Van bölgəsində təbii fəlakət nəticəsində zərər çəkənlərə yardım kampaniyasının başlanılması haqqında qərarları elan etdi: “Biz nəinki Türkiyənin, bütövlükdə Türk dünyasını özümüzün mənəvi vətənimiz hesab edirik və bütün Türk dünyasının problemlərini öz problemimiz hesab edirik”. Z. Məmmədli qeyd etdi ki Borçalı kimi qədim bir diyarın folklorunu toplayıb üzə çıxarmaq istəyiriksə, olub keçənləri bilməliyik: “Folklor da tarixdir. Xalqın mənəvi tarixidir. Hər bir folklor nümunəsində tariximizin bir anı yaşayır”.

Akademik, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov Borçalı Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirdi, mövzu ətrafında öz fikirlərinin bildirdi. O, vurğuladı ki, Borçalı folklorunun Azərbaycan və Gürcüstan xalqı arasında ədəbi mədəni əlaqələrin inkişafında və yayılmasında Borçalı aşıq sənətinin rolu böyük olub.

Sonda cəmiyyətin sədri Z.Məmmədli çıxış edərək, Borçalı folklorunun kitab halında yığılıb çap edilməsi haqda AMEA-na müraciət etməyi və dövlətdən lazımı dəstəyə ehtiyac olduğunu vurğuladı və həmçinin yüksək bal toplamış tələbələrin ödənişsiz təhsil almaları ilə bağlı Təhsil Nazirliyinə Borçalı İC-i adından müraciət göndəriləcəyini bildirdi.