“Biz əməllərimizlə dəstək verməliyik” - Şeyx

biz-emellerimizle-destek-vermeliyik-seyx
Oxunma sayı: 629

Trend-in məlumatına görə, iclasda Azərbaycandakı dini konfessiya nümayəndələri, hökumət və parlament üzvləri, elm və mədəniyyət xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak edirlər.

Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tədbirin açılışında bildirib ki, din xadimləri əmindir ki, millətlərarası və dinlərarası anlaşma, əməkdaşlıq, dinc qonşuluq münasibətləri xalqlarımızın xoşbəxt gələcəyinə aparan yollardan biridir.

Paşazadənin sözlərinə görə, tədbirin mövzusu din xadimləri üçün hər zaman aktuallığını qoruyub saxlayan, diqqət mərkəzində olan məsələdir.

"Dini rəhbərlərin üzərinə düşən ali-mənəvi məsuliyyətdən çıxış edərək sözlərimiz və əməllərimizlə yüksək idealların gerçəkləşməsinə dəstək verməliyik", - deyə QMİ sədri bildirib.

Paşazadə deyib ki, MDB məkanının müsəlmanlarının tədbirinə müsəlman din xadimləri ilə yanaşı Rus Provaslav Kilsəsi, Vatikan kimi dünyanın dini mərkəzlərinin və digər konfessiyalarının təmsilçilərinin qatılması konfransın dəyərini artırır, dövlət-din münasibətlərinin yüksək səviyyədə formalaşdığı Azərbaycan dövlətinin təcrübəsinə verilən böyük dəyərin təcəssümüdür.