“Biz gəldiyimiz yeri yaxşı bilirik”

biz-geldiyimiz-yeri-yaxsi-bilirik
Oxunma sayı: 2161

“Qarabağda, Ağdamda gözəl yaşamışıq. Mənim hər istədiyim alınıb. Hər kəs deyir ki, getdin özünü itirdin. Yox, biz gəldiyimiz yeri yaxşı bilirik. Allah bizə səbr versin ki, Qarabağımıza qayıdaq”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova “Şou ATV” proqramına qonaq olarkən deyib. Sənətçi verilişdə bildirib ki, arzusu ailə qurmaqdır:

“Şükür Allaha ki, ailəm və sevdiyim sizlər varsız. Başqa dərdim yoxdur. Arxamda Azərbaycan və Türkiyə var.  İstədiyim həyatı onsuz da yaşayıram. Dilədiyim tək şey ailə ola bilər. İnşallah, Allah könlümə görə birini qismət edər. Mənim də ailəm və övladlarım olar. Hazırda həyatımda heç kim yoxdur”.