“Biz hüquqlarımızı bilirik!” davam edir

biz-huquqlarimizi-bilirik-davam-edir
Oxunma sayı: 5860

“Qafqazinfo”nun məlumatına görə, əsas məqsəd ölkədə aparılan hüquqi maarifləndirmə işinə dəstək vermək olan layihədə, ümumilikdə 30 gənc iştirak edib. Təlimlərdə gənclərə vətəndaşların hüquq və azadlıqlarından, vəzifə və səlahiyyətlərindən danışılmış, hər bir vətəndaşın bilməli olduğu hüquq və vəzifələr izah edilərək, hüquqlardan istifadə qaydaları, onları müdafiəetmə üsulları şərh edilib.
Təlimlərdə gənclərin hər birinə Azərbaycan Respublikasının Qanunvericiliyindən çıxarışların toplandığı “Mənim hüquqlarım” adlı hüquqi-maarifləndirici toplu paylanmış və təlim kursunun yekununda iştirakçılara diplomlar təqdim edilib.

Gənclərin böyük maraqla qarşıladığı təlimlərdə gənclərə fəal şəkildə hüquqi maarifləndirmə işinə qoşulmaq və vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak etmək tövsiyə edilib.