“Biz müsəlmanları məzhəblərə bölmürük”

“Biz müsəlmanları məzhəblərə bölmürük”
Oxunma sayı: 250

Bunu mətbuata açıqlamasında Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib. "Din xadimi adına yaraşmayan və böhtan xarakterli bu cür fikirlərin altında hansı məkirli niyyətlərin dayandığını müəyyən etmək çətin deyil. Çünki bu şəxsin və onun kimilərin həqiqəti məqsədli şəkildə təhrif edərək, Azərbaycanla bağlı böhtanlar yayması və dindarları dövlətə qarşı qoymaq cəhdləri ilk dəfə baş vermir" İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanda heç vaxt islamafobiya olmayıb və ola da bilməz.

"Eyni zamanda, məscidlərin dağıdıldığını və insanların ibadət evlərinə getməsinə qadağa qoyulduğunu iddia etmək absurddur. Görünür, bu şəxs adına və tituluna yaraşmayan, amma yerinə yetirməyə borclu olduğu "vəzifə"ni yalan və böhtanla da olsa, icra etməyə çalışır. Lakin hər kəs bilməli və qəbul etməlidir ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur. Bu ona görədir ki, din siyasiləşməsin, müqəddəsliyini, azadlığını və paklığını qoruyub saxlasın. Eyni zamanda, heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana ixrac etmək fikrinə düşməməlidir" İsmayılov əlavə edib.

Dövlət Komitəsinin sədr müavini bildirib ki, müsəlmanları məzhəblərə bölmək, onları üz-üzə qoymaq heç kəsə, xüsusilə din xadimi adını daşıyan şəxsə başucalığı gətirmir.

"Biz bu şəxsdən və onun kimi düşünənlərdən fərqli olaraq, müsəlmanları məzhəblərə bölmürük. Əgər kimsə belə bölgü aparırsa, bu, onun səviyyəsini, İslama münasibətini və nə niyyət güddüyünü göstərir" İsmayılov deyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi