“Biz sivil ölkəyik”

biz-sivil-olkeyik
Oxunma sayı: 648

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü brifinqdə Azərbaycan xarici işlər nazirinin mətbuat katibi Elman Abdullayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın bəyanatını şərh edərkən deyib.

"Biz sivil ölkəyik, beynəlxalq hüquq normalarını pozmuruq, özgə ərazidə uçuşlar həyata keçirmirik. Azərbaycan həmişə beynəlxaq hüquqa, o cümlədən Çikaqo Konvensiyasına sadiq qalıb" , - Abdullayev qeyd edib.

O bildirib ki, Ermənistanın addımları beynəlxalq hüququ təhqir etmək deməkdir. Azərbaycanın öz hava məkanı üzərində suverenliyi var, Çikaqo Konvensiyasının iştirakçı ölkələri isə mövcud sənəd çərçivəsində qəbul edilən qərara hörmət etməyə məcburdurlar.