“Bizdə Alsuvari hekayələr olmayacaq”

bizde-alsuvari-hekayeler-olmayacaq
Oxunma sayı: 1778

“Bu yarışmada ən azı 70-100 arası insan iştirak edəcək, 1 nəfər qalib olacaq. Qalibə verilən mükafatın nə olacağı isə martda bilinəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Səs” yarışmasının aparıcısı Leyla Quliyeva “3 D” proqramına qonaq olarkən deyib. O, beynəlxalq layihə barədə danışıb.

Leyla bir müddət bundan əvvəl Rusiyanın “Səs” yarışmasında baş verən saxtakarlığa da münasibət bildirib:

“Bizdə Rusiyadakı kimi olmayacaq. Ustadlarımız var, onlar öz komandalarına iştirakçılarını daxil edəcəklər. Final mərhələsində səsvermə olacaq. Bu layihədə Alsuvari hekayələr olmayacaq. Münsiflərimiz var. Ustadlar hamının tanıdığı insanlar olmalıdır. Bura repçilər, rokçular aid ola bilər. Seçimlər yalnız müğənnilər üzərində dayanır. Adlar barədə danışmaq istəmirəm”.

Bundan əlavə, aparıcı iki övladının belə yarışmada iştirakına icazə vermədiyini qeyd edib. 

Xatırladaq ki, Rusiyanın Xalq artisti Alsunun qızı Mikela finalda ən çox – 61,8 faiz tamaşaçı səsi toplayaraq ad gününə üç gün qalmış yarışmanın qalibi seçilib. Tamaşaçıların böyük bir qismi Mikellanın bu qələbəyə layiq olmadığını, səsvermənin ədalətsiz keçirildiyini bildirib.

Bəziləri isə yarışmanın finalının “alındığını” yazıblar. Daha sonra Birinci kanal araşdırma aparıb və yaydığı bəyanatda nəticələrin ləğv olunduğunu elan edib.