“Bizdə kitablar həddən artıq bahadır”

“Bizdə kitablar həddən artıq bahadır”
Oxunma sayı: 345

Deputat Fazil Mustafa Azərbaycanda kitabların Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsi məsələsini parlamentin bu gün keçirilən plenar iclasında qaldırıb.

”Qafqazinfo” xəbər verir ki, o, qeyd edib ki, bu günlərdə Türkiyədə kitablar və jurnallar üzərindən ƏDV aradan qaldırıldı:

“Bununla da orada oxuyan cəmiyyət ənənəsinə start verildi. Bu ənənənin Azərbaycanda da davam etdirilməsi lazımdır. Gürcüstanda da ƏDV kitablar üzərindən götürülüb. Azərbaycan yeganə ölkədir ki, kitablar üzərində ƏDV 18 faizdir. Hətta Türkiyədə bu, 8 faiz idi, onu da götürdülər. Avropa ölkələrində də 7 faiz müəyyən olunub. Azərbaycanda hətta kitabların statistikası belə aparılmır. Bu kitaba münasibətin göstəricisidir. Bizdə kitablar həddən artıq bahadır. Belarusda kitab mağazalarından icarə haqqı belə alınmır. Çünki fikirləşirlər ki, kitab olmasa savadsızlıq baş alıb gedəcək”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi