“Bizə çətin olacaq” - Roberto Bordin

“Bizə çətin olacaq”
Oxunma sayı: 884

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" klubuyla cavab görüşü öncəsi mətbuat konfransı keçirib.

"Qafqazinfo" xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə sabahkı qarşılaşma haqda danışıb. 

"Sabah bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. Çünki "Bney Yehuda" yaxşı hazırlıqlı komandadır. İlk matçda rəqibin yaxşı bağlandığını şahidi olduq. Meydanda mövqelərini yaxşı seçirdilər. Rəqib yaxşı fərdi keyfiyyətlərə malik futbolçularıyla yaxşı əks-hücumlar qurmağa çalışır. Əlbəttə, onların cüzi üstünlüyü var. Düşünürəm ki, fərqli taktika bizə qarşı çıxacaqlar. Hesab edirəm ki, bizi sabah maraqlı görüş gözləyir". 

- İlk oyunda rəqib sizi nə dərəcədə təəccübləndirdi?

- "Bney Yehuda" bütün heyətlə müdafiəyə çəkilir, əks-hücumlarla qol vurmağa çalışır. Bizimlə görüşdə də belə oldu. Məncə, sabah da bizə qarşı eyni üslubda oynayacaq. 

- Komandanızın ilk matçdan sonra psixoloji durumu necədi? O mənada ki, "Neftçi" evdə qalib gələ bilməsə də, 0:2 hesabda geridə olduğu qarşılaşmanı 2:2-yə çevirdi...

- Matçın əvvəlində iki qol buraxsaq da, yaxşı reaksiya verdik. Komandamız özünə inandı, xarakter göstərdi. İnanıram ki, bu dəfə qarşıda duran vəzifənin öhdəsindən gələ biləcəyik.. 

- İlk oyunla müqayisədə əsas heyətdə dəyişikliyi zəruri sayırsınız? Və ən əsası, bombardiriniz Baqali Dabol ilk dəqiqələrdən meydana çıxmağa hazırdımı?

- Dabo 3 aylıq fasilədən sonra komandayla həftəboyu məşq edib, yaxşı da çalışıb. Əlbəttə. hazırkı vəziyyətlərdə demək çətindi kim sabah ilk dəqiqələrdən oynayacaq. 

- Rəqib Bakıda 9-10 nəfərlə müdafiə olunmuşdu, indisə 2:2-dən sonra bütün komandayla müdafiə olunacaq. Bu güclü müdafiəni yarmaq üçün sürprizlər hazırlamısınız?

- Hələ bir məşqimiz də var. Düzdü qeyd etdiniz ki, rəqib daha qapalı oynacaq. Çalışacaq ki, hesabdakı üstünlüklərini qoruyub saxlasınlar. Ona görə bizə çətin olacaq. 

Elsevər Məmmədov, İsrail, Tel-Əviv


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi