“Bizə ilk vacib yardımı Azərbaycan etdi” - Gürcüstanın baş naziri

bize-ilk-vacib-yardimi-azerbaycan-etdi
Oxunma sayı: 695

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ölkə ərazisində davam edən meşə yanğınlarının söndürülməsinə qonşu dövlətlərin, xüsusilə Azərbaycanın göstərdiyi yardımı yüksək qiymətləndirib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bununla bağlı xüsusi bəyanatla çıxış edən Baş nazir Gürcüstana ilk vacib köməyin Azərbaycandan gəldiyini bildirib. O vurğulayıb ki, Azərbaycandan gələn helikopter yanğının söndürülməsində iştirak edir. Türkiyədən gələn iki helikopter artıq Batumidədir, tezliklə onlar da yanğının söndürülməsi əməliyyatına başlayacaq.

Xatırladaq ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də başlayıb. Külək yanğının tam söndürülməsini çətinləşdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.