“Bizə pulla satmadıqları silahı terrorçulara pulsuz verirlər” - Ərdoğan

bize-pulla-satmadiqlari-silahi-terrorculara-pulsuz-verirler
Oxunma sayı: 1907

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Röyters”ə müsahibəsində ABŞ-ın ünvanına sərt fikirlər səsləndirib.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan ölkəsinin F-35 proqramından çıxarılmasından danışıb:

“PYD/YPG PKK-nın bir qoludur. Bunu Qərbə sübut etsək də, yenə inanmırlar. Daha nə deyək? Bizim etdiklərimizə inanmırlar, terror təşkilatının sözü ilə hərəkət edirlər. ABŞ sərhəddə maşın-maşın silah-sursat gətirir. Bu necə müttəfiqlikdir. Teror təşkilatları bizə hücum edir, ABŞ isə onlara silah yardımı edir. NATO-da ABŞ-la müttəfiqik. Ancaq bizə pulla satmadıqları silahları terrorçulara pulsuz verirlər”.