“Bizi bəyənməyib yeni federasiya yaradıblar”

bizi-beyenmeyib-yeni-federasiya-yaradiblar
Oxunma sayı: 5173

Azərbaycan MMA Federasiyasının təşkil etdiyi “Federasiya Kuboku”ndan Pankration, Qrapplinq və MMA Federasiyasının xəbəri yoxdur. “Qafqazinfo” xəbər verir ki, bu barədə Federasiyanın rəhbəri Azad Əsgərov məlumat verib. 

O, keçirilən yarışdan narazı olduğunu, qurama Federasiyaların meydana gəldiyini vurğulayıb: “Hərə bir təşkilat yaradır, yarışlar təşkil edir. Bu idman növü populyar olduğuna görə hamı yarış keçirir. Yarış keçirmək olar, amma MMA üzrə Gənclər və İdman Nazirliyində qeydiyyatdan keçmiş cəmi Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası var. Bu idman növünü Azərbaycana mən gətirmişəm, hələ o vaxtlar bu barədə heç kəsin məlumatı yox idi. MMA üzrə idmançıların 90 faizini özüm hazırlamışam. 

İndi bir neçəsi bizi bəyənməyib, yeni federasiya yaradıblar. Halbuki yarış təşkil edənlərin kim olduğu bilinmir.  5-6 nəfəri bir araya yığır, yarış keçirir. Yarışlarla bağlı mənə müraciət edirlər, mən isə nazirliklə məsləhətlər aparıram. Lakin onlar heç bir yerə üzv olmadan insanları bir araya yığırlar, tədbir keçirir, yarışlar təşkil edirlər. İnsanlar da çaşbaş qalır. Çünki o qədər yarış keçirilir ki, bilmirlər ki, bunun təşkilatçısı kimdir. Sonra da idmançıların dərəcə almamağından şikayətlənirlər. Axı bu idman növü ilə məşğul olanlar parçalanır, hərəsi bir təşkilata üzv olurlar. Birlik olmasa, necə uğur əldə etmək olar?”.

Qeyd edək ki, Azərbaycan Pankration,Grappling və MMA federasiyasına üç idman daxildir Pankration Federasiyası 29-12-2006-cı ildə Gənclər və İdman Nazirliyi tərəfindən yaranıb.

Grappling və MMA idman növləri 01-05-2012-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən federasiyası yaranıb. Federasiya Pankration 10 dəfə,Qrapplinq və MMA idman növlərində 5 dəfə Respublika çempionatları keçirib.  Azərbaycan Pankration,Qrapplinq və MMA Federasiyası beynəlxalq federasiyaların üzvüdür.Hal-hazırda Federasiyanın ətrafında 50-ə yaxın idman klubuları üzvdür.