“Bizi çəkməyin, istəmirəm”

“Bizi çəkməyin, istəmirəm”
Oxunma sayı: 2061

“Ezel” serial ilə ulduzu parlayan İsmayıl Filiz ilə ötən həftə nikah bağladığı azərbaycanlı aktrisa Nuranə Bagiyeva bir arada görüntülənib. 

“Qafqazinfo” xəbər verir ki, sadə bir toyla ailə quran cütlük İstanbulun Arnavutköy ərazisindəki restoranların birində şam edib. 

Dostları ilə birgə əylənən cütlük məkandan çıxarkən kameralara tuş gəliblər. İ. Filiz “Bu gün bizi çəkməyin, istəmirəm” deyərək media nümayəndələrinə etirazını bildirib. 

Daha sonra İsmayıl və Nuranə ərazidən uzaqlaşıblar. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi