“Bizi çətin oyun gözləyir” - Svanadze

bizi-cetin-oyun-gozleyir
Oxunma sayı: 642

“İnter” sabah UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Lüksemburqda “Fola”nın qonağı olacaq. 

“Qafqazinfo” xəbər verir ki, Lüksemburqda “İnter”in baş məşqçisi Zaur Svanadzenin iştirakı ilə oyunöncəsi mətbuat konfransı keçirilməyib. 

Bu səbəbdən də gürcü mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini qısaca olaraq klubun mətbuat xidmətinə açıqlayıb: 

“Sabah bizi çətin oyun gözləyir. Layiqli nəticə uğrunda çalışacağıq. Uşaqlar qarşılaşmaya ciddi hazırlaşırlar. Heyətdə zədəlimiz yoxdur. Azarkeşlərimizi sevindirməyə çalışacağıq”.