“Bizi dövlətin tərəfini saxlamaqda ittiham edirlər”

“Bizi dövlətin tərəfini saxlamaqda ittiham edirlər”
Oxunma sayı: 883

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VII qurultayında çıxış edib. 

"Qafqazinfo" xəbər verir ki, Ə.Amaşov qeyd edib ki, bugünkü qurultay Şuranın 15 yaşına təsadüf edir: "Mətbuat Şurası bu dövr ərzində media hakimiyyət və media cəmiyyət münasibətlərinin tənzimlənməsinə xidmət edib. Medianın maddi texniki bazası, jurnalistlərin mənzillə təminatı ilə bağlı bir çox addımlar həyata keçirilib. VI qurultaydan sonra mediaya dövlət dəstəyi baxımından uğurlu illər olub. Buna görə də dövlət başçımız İlham Əliyevə təşəkkür edirik. VI quru taydan bu vaxta qədər Şuraya 3145 şikayət daxil olub. 2213 şikayət həllini tapıb, 932-sində razılığa gəlinmədiyindən şuranın müxtəlif komissiyalarına göndərilib. Şikayətlərdən 159-u reketçiliklə mübarizə komissiyasında araşdırılıb. Reket jurnalistika ilə bağlı araşdırmanın 104-ü ilə əlaqədar yekun rəy qəbul edilib. Ümumilikdə 231 qərar çıxarılıb, 68 cavabdehə xəbərdarlıq edilib, 134 halda media nümayəndəliklərinə etinasızlıqla bağlı xəbərdarlıq edilib”

Ə.Amaşov onu da əlavə edib ki, Mətbuat Şurası jurnalistlərin müxtəlif sahələrdəki problemlərini öyrənib. Ə.Amaşov Şuranın fəaliyyəti ilə bağlı səsləndirilən neqativ fikirlərə də münasibət bildirib:

“Dünyada Mətbuat Şuralarının yerini müəyyən edən iki şərt mövcuddur. Onlardan biri də mətbuatın problemlərini həll etməkdir. Şuraya 15 il ərzində daxil olan 12 mindən çox şikayət Mətbuat Şurasının əhəmiyyətindən  xəbər verir. Biz bu şikayətlərin olmamasıni istərdik. Cəmiyyətlə bərabər dövlət də Mətbuat Şurasına etibar edir. Bəziləri isə bu funksiyalarımıza görə bizi ittiham edir. Onların fikrində Mətbuat Şurasının fəaliyyəti necədir onu anlamırıq.

Şuraya qarşı fikirlər səsləndirənlər bizi jurnalistlərə qarşı olmaq, dövlətin tərəfini saxlamaqda ittiham edirlər. Lakin Şuraya müraciətlərin 70 faizindən çoxunda jurnalistlər haqlı görülüb. Əlbəttə, mövcud problemlərin həlli üçün addımlar atılıb, mediaya yüksək səviyyədə maddi dəstək göstərilir. Lakin müasir dövr medianın reklamdan və satışdan daha çox qazanmalıdır. Qəzet kağızının əlavə dəyər vergisinin götürülməsi bizim üçün vacib məsələdir. Çap mediası gələcəkdə daha etibarlı arxiv rolunu oynamalıdır. Bu mənada çap medianın satışına geniş imkanlar yaratmalıyıq, qəzet köçkləri ilə yanaşı metro stansiyalarında da bu imkanlar yaradılmalıdır”.

Ə.Amaşov bildirib ki, onlayn mediada reklam bazarının istənilən səviyyədə olmamasından onlara dövlət dəstəyi mütləqdir:

“Ümumən mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var. Region qəzetlərinə də dəstək olmalıdır".

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi