“Bizi Elton Con da təmsil etsə, qalib olmayacağıq”

bizi-elton-con-da-temsil-etse-qalib-olmayacagiq
Oxunma sayı: 1342

“Eurovision” mahnı müsabiqəsində sonuncu olan (26-cı yer) Böyük Britaniya təmsilçisi Maykıl Rıs açıqlama verib.  “Qafqazinfo” xəbər verir ki, o, mədəniyyət festivalının  siyasətdən ibarət olduğunu bildirib:

“Sonuncu olduq,  amma bizi Elton Con da təmsil etsə, qalib olmayacağıq. Buna səbəb “Brexit”dir. Biz bundan sonra belə nəticələr görməyə davam edəcəyik. Başdan bəri “Brexit”ə görə, sonuncu olacağımı bilirdim”. 

Qeyd edək ki, “Brexit” Böyük Britaniyanın Avropa Birliyindən çıxması üçün nəzərdə tutulan sazişdir.