“Bizi söydü, yumruqla vurub çıxdıq”

“Bizi söydü, yumruqla vurub çıxdıq”
Oxunma sayı: 1148

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Şahlar Novruzov və Rövşən Məmmədovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıqovun icraatında olan prosesdə Ş.Novruzov deyib ki, hadisə günü işdən qayıdanda Rövşənlə küçədə spirtli içki içiblər: “Bir nəfər yaxınlaşıb bizlə birgə içmək istədi, razılaşmadıq, bizi söyüb getdi. Sonra onun evinə gedib çağırdıq, niyə söydüyünü soruşduq. Yenə də söydü, onu yumruqla vurub çıxdıq. Evə girmədik. Mən “plitə”nin aşdığını görmədim”.

R.Məmmədov da oxşar ifadə verib və evdən çıxarkən qapının yanındakı çantanı götürdüklərini də bildirib. 

İttihama görə, hadisə 2017-ci il iyunun 27-də saat 02:00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birində baş verib. Hər iki şəxs İ.Vasini döyən zaman evdəki elektrik sobası aşıb. Bu səbəbdən cinayəti törətməkdə şübhəli bilinən şəxslər hadisə yerindən qaçandan sonra mənzildə yanğın baş verib. Onlar mənzildən təmir-tikinti alətləri və bir ədəd “DVD player” götürərək hadisə yerindən qaçıblar. İ.Vasin xəstəxanaya yerləşdirilib.

İ.Vasin isə xəstəxanaya yerləşdirildikdən bir müddət sonra evə buraxılmasını tələb edib. Lakin həkimlər onun yaralarının ciddi olduğunu deyib, İ.Vasini evə buraxmayıb. O,  özünü xəstəxananın pəncərəsindən yerə atıb və ölüb.

Murad Əhməd




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi