“Bizim də iki əlimiz, iki ayağımız var”

bizim-de-iki-elimiz-iki-ayagimiz-var
Oxunma sayı: 663

Premyer Liqanın 11-ci turu çərçivəsində keçirilən oyunla bağlı “Qafqazinfo”ya açıqlama verən Nadirov meydana yalnız qələbə üçün çıxdıqlarını bildirib: “Biz bu oyuna ciddi hazırlamışıq. Oyuna isə yalnız qələbə üçün çıxırıq. Düzdür, komandamızda zədəlilərin sayı çoxdur. Ancaq bu o demək deyil ki, biz qalib gələ bilməyəcəyik”.
Vüqar Nadirov “Qəbələ”nin hücum xəttinin güclü olması ilə bağlı da danışıb: “Rəqib hücum xəttini güclü qura bilər. Ancaq biz də hücuma keçəcəyik. “Qəbələ” futbolçularının da iki əli, iki ayağı var, bizim də”.

Qeyd edək ki, Vüqar Nadirov cəzasını başa vurduğu üçün bu qarşılaşmada forma geyinə biləcək. Rəşad Sadıqov, Ansi Aqolli zədəli olduğu üçün oynaya bilməyəcək. Maksim Medvedev isə sonuncu turda qırmızı vərəqə aldığı üçün matçı buraxmalı olacaq.

Xatırladaq ki, hazırda turnir cədvəlində “Qarabağ” 14 xalla 4-cü, “Qəbələ” isə 10 xalla 10-cu sıradadır.

Sevinc