“Bizim dildə danışan bəzi soydaşlarımızı da bu işə qoşurlar...”

bizim-dilde-danisan-bezi-soydaslarimizi-da-bu-ise-qosurlar
Oxunma sayı: 1674

"Azərbaycana qarşı kütləvi şəkildə düşmənçilik edən qüvvələrin təsiri altına düşərək ölkəmiz əleyhinə çıxan savadsız soydaşlarımızla bağlı xarici ölkələrin Bakıdakı səfirliklərinə müraciət edilib".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Real TV-yə müsahibəsində Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Onun sözlərinə görə, rəqib dövlətlər anti-Azərbaycan qüvvələrə dəstək olurlar.

“Beynəlxalq aləmdə Azərbaycanın siyasətini tənqid edən opponentlər, Azərbaycana qarşı kütləvi şəkildə düşmənçilik edən qüvvələr var. Onlar savadsız soydaşlarımızı da öz maraqlarına alət edirlər”, - deyə Əli Həsənov bildirib.