Bizim məmurlar ingilisdən nə öyrəndi? - Fotolar

bizim-memurlar-ingilisden-ne-oyrendi-fotolar
Oxunma sayı: 643

Səfirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, səfərdə Prezident Administrasiyası, Milli Məclis, Naxçıvan MR-in Ali Məclisi, Xarici İşlər, Ədliyyə, Səhiyyə, Daxili İşlər, Mədəniyyət və Turizm, İqtisadi İnkişaf nazirlikləri, Respublika Prokurorluğu və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbər və əməkdaşları iştirak edir. Londona səfər çərçivəsində Britaniyadakı informasiya azadlığı və informasiya əldə etməyə dair mövcud təcrübəni öyrənmək üçün Xarici İşlər, Ədliyyə, Səhiyyə, Ticarət nazirliklərində və bir sıra dövlət qurumlarında həmçinin, nüfuzlu media orqanlarında (Guardian, BBC dünya xidməti) görüşlər keçiriblər.