“Bizim partiya - nadir partiyadır”

bizim-partiya-nadir-partiyadir
Oxunma sayı: 1018


Trend Türkiyənin Hurriyet Daily news qəzetinə istinadən bu barədə çərşənbə axşamı məlumat verir. "Bizim partiya - nadir partiyadır. Turqut Özal prezident seçiləndə, onun partiyası arıq mövqelərini itirməyə başladı, halbuki AKP-yə seçicilərin 46 faizi səs verir", - Ərdoğan bildirib.

O, həmçinin əlavə edib ki, xalq tərəfindən seçilmiş prezident mühüm səlahiyyətlərə malik olacaq. "Əgər məni prezident seçsələr, onda mən bütün səlahiyyətlərdən istifadə edəcəyəm", - baş nazir bildirib.

Türkiyədə prezident seçkiləri 2014-cü ilin avqustun 10-da keçiriləcəkdir. Prezident seçkilərinin ilk turunun nəticələri avqustun 11-də elan olunacaq.