“Bizim süfrə”də açıq qapı günü

bizim-sufrede-aciq-qapi-gunu
Oxunma sayı: 654

“Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərən Bakı Yağ Fabrikinin istehsalı olan “Bizim süfrə” mayonezindən hazırlanmış salatın dequstasiyası ilə başlayan tanışlıqdan sonra KİV təmsilçiləri, qida ekspertlərindən ibarət geniş heyət holdinqin laborotoriyalarında olublar. Sonra isə KİV təmsilçiləri fabrikdə istehsal prosesi və yeni məhsullarla tanış olublar. Görüş zamanı medya təmsilçilərinə yeni məhsul çeşidləri, fabrikin fəaliyyəti, istehsal sahələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Bizim süfrə” markalı mayonezin qarğıdalı yağı ilə istehsal olunur və yağlılığı 55%-dir. Mükəmməl mayonezdə lazım olan ekstra xüsusiyyətlərə malikdir.