“Bizim üçün Nemət Pənahlı sıradan bir məhkumdur”

bizim-ucun-nemet-penahli-siradan-bir-mehkumdur
Oxunma sayı: 730

Mehman Sadıqov bildirib ki, bütün cəzaçəkmə müəssisələrində daxili intizam qaydalarını kobud surətdə pozan məhkumları cərimə təcridxanasına salırlar: “Bizim üçün Nemət Pənahlı sıradan bir məhkumdur. Digər məhbuslar necə, Nemət Pənahlı da elə. Daxili intizam qaydalarını pozduğuna görə onu 5 sutkalığa cərimə təcridxanasına salıblar”.

17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Nemət Pənahlıya ötən ilin dekabr ayının 6-da da eyni cəza verilib. O vaxt təcridxanada aclıq aksiyasına başlayandan sonra onun cərimə təcridxanasında əlavə 5 sutka da saxlanması haqda qərar çıxarılıb. Dekabrın 16-da cəza təcridxanasından sonra da aclığı davam etdirdiyi üçün dekabrın 18-də Nemət Pənahlı yenidən 7 sutkalığa cərimə təcridxanasına salınıb.

Nemət Pənahlı 1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül simalarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub. O, 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.