“Bizim üçün qeyri-adi haldır” - Löv

bizim-ucun-qeyri-adi-haldir
Oxunma sayı: 2358

Almaniya millisinin baş məşqçisi Yoahim Löv Meksikaya 0:1 hesabı ilə uduzduqdan sonra jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- İlk matçda məğlub olmaq çox çətindir?

- Əlbəttə ki, məyus oluruq. Bizim üçün qeyri-adi haldır. Demək olar ki, bütün əvvəlki turnirlərdə ilk oyunu qazandıq. İndi biz bu matçdan çox şey öyrənməliyik. Sonrakı oyunlar daha yaxşı olacaq.

- Komandanızın psixoloji durumunu necə qiymətləndirirsiniz?

İlk yarıda çox pis oynadıq. Bunu qəbul etməliyik. Açıq zonalarda pis çıxış etdik, top itkiləri həddən çox idi. Rəqibdən daha çox çalışmalı idik. İkinci hissədə Meksika çox dərin müdafiə olunsa da, qol vəziyyətləri yaratdıq. Çox epizodlarda rəqibi üstələsək də, tələsik qərarlar verdik. Məyus oluruq, amma növbəti matça hazırlaşmalıyıq. Bu oyunu təhlil edəcəyik.

- Meksika sizi təəccübləndirdi? Fərdi olaraq sanki üstün idilər?

- Son iki və ya üç il ərzində Meksika sistemli şəkildə futbol oynayır. Onlar həmişə bənzər taktikaya sahibdirlər. Çox yaxşı əks-hücumlara çıxırlar. Meksikalıların cəlbedici tərəfi hücumda sürətli şəkildə çoxalmalıdır. Döyüşürlər və qazanırlar. Onlara açıq sahə verdikdə çox sürətli hücum qururlar.

- Almaniyanın fiziki vəziyyəti yerindədir?

- Məsələ sadəcə budur ki, biz ilk yarıda ikinci hissədəki kimi çıxış etmirdik.

- İndi planlarınızı dəyişdirmək haqqında düşünürsünüz? Kimmix müdafiədə keyfiyyətli çıxış etmədi...

- Biz planlarımızı dəyişdirmirik, gücümüzü artırmalıyıq.

- Almaniya rəqibinə nədə uduzdu?

- Bu ətraflı təhlil edilməlidir. Biz bilirdik ki, sabit oyuna ehtiyacımız var. Amma ilk dəqiqələrdən sanki əsəbi idik. Özümüzdən tələb etdiyimiz səviyyədə oynamadıq.

- Bu oyundan sonra 1/8-də Braziliya ilə görüşə bilərsiniz?

- Meksika driblinqlərdə çox yaxşıdır. Lozanoya qarşı oynamaq çox çətindir. Bu onların üstünlüyü idi. Səhvlərimizdən yararlandı. Amma biz indi 1/8-i düşünməyəcəyik. Buna görə qayğılanmıram. İndi enerjimizi artırmalıyıq. Cənubi Koreyanı düşünürük.

- Konfederasiyalar Kubokunda Meksikanı rahat uddunuz. Sizcə, komandanı gəncləşdirməyə ehtiyac var?

- Bizim nisbətən gənc komandamız var. Uzun müddətdir oynayanlar komandanın əsasını təşkil edir. Konfederasiyalar Kubokunda vəziyyət tamam fərqli idi.

- Bu dünya çemppionatında bir Avropa komandasının ilk məğlubiyyətidir...

- Bəzən belə şeylər olur. Mundialda həmişə müqavimət var. Taktiki planımıza əməl edəcəyik.