Bizimkilər Avropada - Araz debüt etdi

bizimkiler-avropada
Oxunma sayı: 642

Bu həftəsonu Azərbaycanda olduğu kimi Avropanın yaşıl meydanlarında da daxili çempionat oyunları keçirilib. “Qafqazinfo” xəbər verir ki, xarici ölkələrin klublarında top qovan futbolçularımızdan bəziləri meydana çıxsa da, bəziləri heç “18-liy”ə düşməyib.

Araz Abdullayev –  Kiprin “Anortosis” klubunda çıxış edən yarımmüdafiəçimiz "Nea Salamis”lə oyunda start heyətdə meydana çıxıb. Yeni klubunda rəsmi oyunlarda debüt edən futbolçumuz 83-cü dəqiqədə əvəzlənib. Matç isə 1:1 hesabı ilə başa çatıb.

Pavel Paşayev – Yığmamızın müdafiəçisi “Karpatı” ilə oyunda “Aeksandriya”nın heyətində 90 dəqiqə forma şansı qazanıb. Matç 0:0 hesabı ilə bitib.

Tural Hümbətov – Müdafiəçimizin şərəfini qoruduğu Makedoniyanın “Pobeda” klubu “Vardar”la qarşılaşıb. Həmyerlimiz bu matçın iştirak ərizəsinə salınmayıb. Komandası isə 0:4 hesablı məğlubiyyətlə üzləşib.

Emin Mahmudov – Onun formasını geyindiyi “Boavişta” “Maritimu”nun qonağı olub. Emin bu matçın iştirak ərizəsində yer almayıb. Komandası isə 0:1 hesabı ilə uduzub.

Ramil Şeydayev – Cəza səbəbindən “Jilina”nın B komandasına göndərilən Ramil orda fərqlənməyi bacarıb. O, “Novo Mesto”ya 2:0 hesabla qalib gəldikləri matçda hesabı açıb.

Samir Məsimov – Yarımmüdafiəçimizin çıxış etdiyi “Fakel” “Voronej”lə qarşılaşıb. Samir bu matçın iştirak ərizəsində olmayıb. Komandası isə 1:0 hesablı qələbə qazanıb.

Kamran Ağayev – Millimizin əsas qapıçısının çıxış etdiyi “Mlada Boleslav” “Slovan”la qarşılaşıb. “Slovan” bu görüşdə 3:0 hesablı qələbə qazanıb. Kamran matçın iştirak ərizəsinə salınmayıb.