Bizimkilər Belçikada yürüş edəcək

bizimkiler-belcikada-yurus-edecek
Oxunma sayı: 652

Belçika Azərbaycanlıları Cəmiyyəti Mətbuat və Informasiya Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, yürüş Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Ermənistanın səfirliyi önündən başlayacaq və Avropa Komissiyası qarşısında bitəcək. Aksiyanın keçirməklə tələbimiz Avropa Birliyinin bu hadisəni soyqrım aktı kimi qəbul etməsi və bu məsələyə hüquqi qiymət verməsidir. Yürüşə Belçikada eləcə də Avropa məkanının digər ölkələrində yaşayan azərbaycanlıların da qatılacağı gözləniləndir.

Yürüşdə Belçikada yaşayan gənclərimizə erməni terrorunu əks etdirən T-shirtlər (köynəklər) paylanılacaq, eyni zamanda 500-ə qədər Xocalı faciəsini anladan ingilis və fransız dillərində bukletlər yürüş boyunca şəhər sakinlərinə paylanacaq. Yürüş üçün icazəni isə Brüssel polisi rəsmən verib , yürüşdə təhlükəsizliyin təmin olunması üçün polis aksiya iştirakçılarını başlayan saatdan sona qədər müşayət edəcəkdir. Aksiya Avropa Parlamentinə, Avropa İttifaqına müraciətin oxunması ilə bitəcək.

Yürüş mitinqə qatılmaq və öz dəstəyini bildirmək üçün Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev də Praqada Xocalıyla bağlı tədbirdə iştirak etdikdən sonra Brüsselə gələcək.