Bizimkilər bəyənmədi, xaricdə 2-ci oldu

Bizimkilər bəyənmədi, xaricdə 2-ci oldu
Oxunma sayı: 2816

Xəbər verdiyimiz kimi, “Eurovision” təmsilçimiz Aysel Məmmədovanın (Aisel) müsabiqə üçün ifa etdiyi “X my heart” mahnısı təqdim edilib. 

“Qafqazinfo” xəbər verir ki, musiqisi məşhur yunan bəstəkar və prodüseri Dimitris Kontopolousa sözləri isə isveçli mahnı yazarı Sandra Bjurmana məxsus əsəri yerli dinləyicilər bəyənməsə  də, avropalı yarışma fanlarının rəğbətini qazanıb. Belə ki, “İnfe Azerbaijan”ın məlumatına görə, “X my heart” mahnısı “iTunes Slovenia”da 2-ci olub. 

Bundan başqa, Aiselin çalışdığı “Dream Team” şirkəti fan səhifə əməkdaşına verdiyi açıqlamada klipin bu həftə yayımlanacağını söyləyib:

“Mahnının razılaşdırılmış vaxtdan tez yayımlanmasına görə PR strategiyasında dəyişiklik edilib və rəsmi video klipin bu həftə həftə yayınlanmasına qərar verilib”.

“X my heart" nə deməkdir? 

Müəlliflərin verdiyi məlumata görə bu, ingilis dilində “cross my heart” deyimidir. Dilimizə “And içmək” kimi tərcümə edilir. 

Aisel Avropa səhnəsində deyəcəklərinin həqiqət olduğunu sübüt etmək üçün and içəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi