Bizneslə məşğul olan məmurlar cəzalanmayacaq

biznesle-mesgul-olan-memurlar-cezalanmayacaq
Oxunma sayı: 644

SalamNews xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat İlyas İsmayılovun bununla bağlı hazırladığı layihə müzakirə olunub.
Onun qanuna təklif etdiyi dəyişikliyə görə, qanunvericilik ilə sahibkarlıq fəaliyyətlə məşğul olması qadağan edilən vəzifəli və digər şəxslər tərəfindən bu qanunun pozulması iki ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya altı ayadək azadlıqdan məhrum etmən ilə cəzalandırılır.

Deputatlar müzakirələr zamanı bildiriblər ki, istənilən vəzifəli şəxs əgər vəzifəsindən sui-istifadə etmirsə, dövlət büdcəsinə qanuni gəlir gətirirsə onun bizneslə məşğul olması ciddi cinayət faktı törətmir.

Komitə sədri Əli Hüseynli deyib ki, vəzifəli şəxslərin bizneslə məşğul olması barədə yaranan problemlərin aradan qaldırılması üçün uyğun yeni qanun hazırlanmalıdır.